Britaniya ilə Azərbaycan arasında təhlükəsizlik məsələləri müzakirə edilib – YENİLƏNİB + FOTO/VİDEO

Siyasət


“Bu gün Böyük Britaniyanın Avropa üzrə Dövlət Katibi Leo Dokerti ilə Azərbaycan – Birləşmiş Krallıq Strateji Dialoqu çərçivəsində fikir mübadiləsi aparmaqdan şadam”.

Bunu görüşdən sonra Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sosial şəbəkə hesabında yazıb. “Azərbaycan və Böyük Britaniya ticarət, enerji və təhlükəsizlik sahələrində daimi tərəfdaşlardır. Biz sıx əməkdaşlığın vacibliyini müzakirə etdik”, – nazir qeyd edib.

00:31

“Böyük Britaniya və Azərbaycan qlobal təhlükələrə qarşı birgə mübarizə aparır”.

Bunu Böyük Britaniyanın Avropa regionu üzrə dövlət naziri Leo Dokerti “Twitter” hesabında yazıb.

“Beşinci strateji dialoq zamanı Böyük Britaniya-Azərbaycan arasında tərəfdaşlığın genişliyini müzakirə etməkdən məmnun oldum. Böyük Britaniya və Azərbaycan arasında təhlükəsizlik, ticarət və mədəniyyət sahələrində daha çox əməkdaşlığa ümid edirəm”, – Leo Dokerti bildirib.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir