“Titanik”in qəzaya uğradığı yerdə yoxa çıxan sualtı cihazdakı turistlərdən biri paylaşım etdi – FOTO

DIN


Atlantik okeanında itən batiskafda olan turistlərdən biri – dalğıc Rori Qolden “Facebook”da paylaşım edib.

O, özünün və bütün ekipaj üzvlərinin vəziyyətinin yaxşı olduğunu bildirib.

Qolden həmçinin göyərtədə daha kimlərin olduğunu öyrənməməyi və bu barədə spekulyasiya etməməyi xahiş edib, bunu nəzakətsizlik adlandırıb.

Dalğıc onunla əlaqə saxlamağa çalışan hər kəsə təşəkkür edib və qeyd edib ki, hazırda bütün komanda xilasediciləri gözləyir. O, bundan başqa, internetə çıxışının məhdud olduğunu da açıqlayıb və ancaq lazım gəldikdə paylaşım edəcəyinə söz verib.

“(Hadisəyə) reaksiyalar və dünyanın dörd bir yanından gələn yardım təklifləri, həqiqətən, heyrətamizdir və belə bir zamanda insanların əsl xeyirxahlığını göstərir”, – deyə Qolden əlavə edib.

Qeyd edək ki, ekspedisiyanın təşkilatçısı “OceanGate” qurğu ilə əlaqənin “StarLink” peyk sistemi vasitəsilə təmin edildiyini bildirib.

Xatırladaq ki, turistləri “Titanik” sərnişin laynerinin batdığı yerə aparmaq üçün istifadə edilən sualtı eniş aparatı Atlantik okeanında itib. Batiskafda beş nəfər, o cümlədən biznes aviasiyası ilə məşğul olan britaniyalı milyarder Hemiş Hardinq var.

Eyni zamanda, turistlərin oksigeni getdikcə azalır. Ümumilikdə, batiskafda 96 saatlıq oksigen olub. Keçmiş xilasedici gəmi kapitanı Şon Tortora jurnalistlərə verdiyi müsahibədə cihazdakı oksigenin 22 iyun cümə axşamı bitməli olduğu barədə xəbərdarlıq edib.

Hazırda Atlantik okeanında axtarış-xilasetmə əməliyyatları davam edir. Sualtı eniş aparatının axtarışı üçün ABŞ “C-130” hərbi-nəqliyyat təyyarəsi, Kanada isə “Boeing P-8 Poseidon” qayıq əleyhinə patrul təyyarəsi ayırıb. Axtarış ABŞ-nin Atlantik okeanı sahillərindəki Keyp-Kod burnundan təxminən 900 mil aralıda aparılır. Əməliyyatda Kanadanın “Polar Prince” tədqiqat gəmisi də iştirak edir.

Mənbə: Lenta.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir