Bakıda jurnalistlər üçün hibrid təhlükələrin qarşısının alınması üzrə təlim keçirilir – FOTO

Cəmiyyət


Bu gün Medianın İnkişafı Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə jurnalistlər üçün ikigünlük “Media və hibrid hücumlar” adlı seminar başlayıb. 

resmixeber.az xəbər verir ki, ADA Universitetində keçirilən təlimdə Finlandiyanın Cənubi Qafqazdakı səfiri Kirstu Narinen və bu ölkədən olan ekspertlər iştirak edirlər. 

Ekspertlər medianın təhdidlərə qarşı müqaviməti ilə bağlı jurnalistlərlə təcrübələrini bölüşüblər, müxtəlif ölkələrin mediaları ilə müqayisə ediblər, cəmiyyətin rasional və intellektual təhlilinin aparılmasının vacibliyindən söz açıblar.

Seminarın açılışında çıxış edən Kristi Narinen bildirib ki, bu gün reallığa əsaslanan informasiya ilə saxta məlumatları bir-birindən ayırmaq çətinləşib və buna görə cəmiyyəti informasiya ilə təmin edən şəxslər, jurnalistlər üçün belə təlimlərin keçirilməsi daha da vacib olub:

“Hibrid təhlükənin olduğu şəraitdə bu cür təlimlər jurnalistlərin daha yaxşı hərəkət edə bilmələrinə kömək olar. Belə təhdidlərin gedişatını izləmək çətindir. Hibrid təhdidlərin əsas məqsədi ölkədə siyasi, iqtisadi hadisələrin gedişatına təsir göstərməkdir. Bu cür təhdidləri həyata keçirən ölkələr təsir etmək istədikləri cəmiyyətlərdə onların xeyrinə qərar verilməsini, fikir formalaşmasını istəyirlər. Yeni dünya nizamı isə ölkələrin bununla mübarizəsini çətinləşdirir”.

Kristi Narinenin sözlərinə görə, demokratiya və dəyərlər olan cəmiyyətlərdə hibrid təhdidlərə müqavimət güclü olur:

“Bütün ölkələrin hibrid təhdidlərə qarşı səciyyəvi çətinlikləri var. Hibrid təhdidlərin əsas məqsədi insanlar arasında çaşqınlıq yaratmaqdır. Buna görə əvvəla qəbul etmək lazımdır ki, hibrid təhdid varsa, bu, kənardan müdaxilədir. Bunu edən təşkilatın və ya ölkənin məqsədini bilmək və buna uyğun addım atmaq lazımdır”. 

“Hibrid təhdidlərə qarşı aparılan işlər davamlı olmalıdır. Bu istiqamətdə bizim işləməli olduğumuz əsas şəxslər siyasətçilərdir”, – deyə o qeyd edib. 

Bildirilib ki, iki gün davam edəcək təlimdə hibrid təhdidlərə qarşı necə mübarizə aparmaq lazım olduğuna dair müzakirələr aparılacaq. 

Daha çox şəkil burada: PhotoStock.az

Nəzrin Vahid

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir