“Heç bir dəfn əlaməti aşkarlanmayıb” – Kütləvi məzarlıqla bağlı AÇIQLAMA + FOTO

HƏRBİ


“Ağdam rayonu Sarıcalı kəndi ərazisində, Ağdam-Bərdə avtomobil yolunun kənarında insana məxsus skelet qalıqları aşkar edilib. Bu məlumat əsasında 50 kvadratmetr ərazidə dərinləşdirmə işləri aparılır”.

“resmixeber.az”un Ağdama ezam olunan əməkdaşı xəbər verir ki, bunu AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşı Vüsal Həsənov deyib.

O bildirib ki, mövcud yer səviyyəsindən təxminən 40-50 sm ərazidə və 3 fərqli yerdə skelet qalıqları tapılıb: 

“Bir nöqtədə ən azı iki, digər nöqtələrdə isə hər birində bir nəfər olmaqla azı dörd insana məxsus skelet qalığı tapılıb. Təbii ki, say, cinsiyyət, sümüklərdə olan travmalar tam bəlli deyil. Bu, ekspertlər tərəfindən müəyyən ediləcək”.

V.Həsənovun sözlərinə görə, ərazidə heç bir dəfn əlaməti aşkarlanmayıb: 

“İnsanlar təsadüfən yol kənarına atılıb. Zamanla sümüklərdə dəyişikliklər baş verib. Ola bilər ki, antropogen, yaxud da anatomik ardıcıllıq tamamilə pozulub. Çünki bura çox dayaz ərazidir. Qalıqlar tamamən fərqli hissələrdə yerləşir, bəziləri isə heç tapılmayıb”.

www.102info.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir