Dam örtüyünü təmir edərkən boşluğa yıxılan şəxsin xilasedilmə əməliyyatı – FOTO/VİDEO

Cəmiyyət


Gəncə şəhərinin Cavad bəy Şıxlinski küçəsində vətəndaş köməksiz vəziyyətdə qalıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, daxil olan məlumatla əlaqədar FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri dərhal hadisə yerinə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, Gəncə şəhər sakini Cavid Əsgərov tikilinin dam örtüyünü təmir edərkən ehtiyatsızlıqdan girişi olmayan boşluğa yıxılaraq müxtəlif xəsarətlərlə köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi xilasetmə vasitələri ilə C.Əsgərovu təxliyə edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir