İZİA-da Tatarıstan nümayəndə heyəti ilə əməkdaşlıq əlaqələri müzakirə edilib – FOTO

Cəmiyyət


Tatarıstan Respublikasının “Ximqrad” Səhmdar Cəmiyyətinin və “İdeya Kapital” idarəetmə şirkətinin nümayəndələri ilə əməkdaşlıq əlaqələri müzakirə edilib.

İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) verilən məlumata görə, iyunun 16-da Rusiya Federasiyasının Tatarıstan Respublikasının “Ximqrad” SC-nin baş direktoru Ayrat Qizzatullin və “İdeya Kapital” idarəetmə şirkətinin baş direktoru Aleksey Qruşinlə İZİA idarə heyətinin sədri Elşad Nuriyev arasında görüş keçirilib.

Sumqayıt Kimya Sənaye Parkında baş tutan görüşdə qonaqlara sənaye zonaları, burada sahibkarlar üçün yaradılan investisiya imkanları barədə məlumat verilib, sənaye zonalarının təqdimatı nümayiş etdirilib.

Görüş çərçivəsində sənaye zonalarında birgə layihələrin həyata keçirilməsi, mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, sənaye parklarının təşkili, idarə edilməsi və inkişafı sahəsində məlumat və təcrübə mübadiləsinin aparılması imkanları müzakirə edilib, “Ximqrad” SC-yə daxil olan sənaye parkının rezidentləri ölkəmizdə fəaliyyət göstərən sənaye zonalarına investisiya yatırmağa dəvət ediliblər.

Sonda qonaqlar Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə, Sənaye Parkının rezidentləri “Azerfloat” QSC-nin Şüşə istehsalı müəssisəsində, STP MMC-nin Polimer məmulatları və Ağır maşınqayırma zavodlarında gedən istehsal prosesləri ilə tanış olublar.

Qeyd edək ki, cari ilin 28 aprel tarixində “Ximqrad” Səhmdar Cəmiyyəti ilə İqtisadi Zonaların İnkişafı Agentliyi arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir