Gəncə və Yevlaxda subasmaya məruz qalan ərazilərdə tədbirlər görüldü – FOTO/VİDEO

Cəmiyyət


İntensiv yağan yağışlar səbəbindən Gəncə şəhərində parkın ərazisində yaradılmış süni göldə suyun səviyyəsi artıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, süni göldə suyun səviyyəsinin artması nəticəsində ətraf ərazilərə yaranan təhlükə və Yevlax şəhərində bir sıra yerlərin subasmaya məruz qalması ilə bağlı Fövqəladə Hallar Nazirliyin müvafiq olaraq Gəncə və Aran Regional mərkəzləri və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən dərhal zəruri tədbirlərin görülməsinə başlanılıb.

FHN-in qüvvələri tərəfindən Gəncə şəhərindəki süni göldə suyun səviyyəsinin artımının qarşısı alınıb, Yevlax şəhərində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri həyata keçirilib və digər müvafiq təhlükəsizlik tədbirləri görülüb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir