“91-lər”in nümayəndəsi: “Heydər Əliyevin ikinci missiyası Qarabağı azad etmək idi” – FOTO

DIN


“Qərb ümummilli lider Heydər Əliyevi yaxşı tanımırdı”.

Bu fikirləri resmixeber.az-a açıqlamasında “91-lər”in nümayəndəsi, professor Şahlar Əsgərov 15 İyun Günü ilə bağlı xatirələrini bölüşərkən deyib.

Professor qeyd edib ki, ulu öndər Heydər Əliyevin gəlişinin Azərbaycanın taleyində xüsusi rol oynayacağını öncədən bilib:

“15 iyunu ictimai mənada xatırlayanda mənim yadıma parlamentdə qanun layihəsi müzakirə etməyimiz gəlir. İyunun 15-də ulu öndər Heydər Əliyev hakimiyyətin bir qanadını öz çiyinləri üzərinə götürdü. O bu işdə hakimiyyətə razılıq verməmişdən öncə iyunun 9-da Naxçıvandan Bakıya gəldi. Mən Heydər Əliyevi qarşılayanların arasında idim. O zaman təqribən bir neçə yüz adam yığılmışdı. Onların bir qismi Yeni Azərbaycan Partiyasının aktivləri, bir neçəsi də fiziklər idi. Xəlil Xəlilov, Zahid Dünyamalıyev, Arif Paşayev də orada idi.

Onun gəlişinə ümidim böyük idi. Bilirdim ki, Azərbaycanın taleyində xüsusi rol oyanacaq. Təyyarədən düşəndən sonra birbaşa Prezident Aparatına getdi. Prezident Əbülfəz Elçibəy ilə danışıqlar apardı. Danışıqlar ikisi arasında olub. Daha sonra Heydər Əliyevə parlamentin sədrliyi vəzifəsi təklif olundu. Heydər Əliyev qəbul etmədi. Dedi ki, “Gəncəyə gedib, hadisələrlə tanış olandan sonra təklifinizi qəbul edərəm”. O, jurnalistləri də dəvət etdi. Jurnalistlərlə birlikdə Gəncəyə getdi. Jurnalistlər o prosesin içində olublar”.

Ş.Əsgərov sözlərinə görə, həm daxili, həm də xarici irticalar Azərbaycanın müstəqil dövlət olmasını həzm edə bilmirdilər:

“Heydər Əliyev daha sonra Bakıya qayıtdı. 1993-cü il iyunun 15-də hakimiyyətin bir qolunu öz üzərinə götürdü. Milli Məclisin sədrliyini üzərinə götürdü. Yadımdadır ki, onda da Milli Məclisin sədri seçilməsi üçün Milli Şuranın üzvü olmalı idi. Heydər Əliyev də Milli Şuranın üzvü deyildi. Deputat Yaşar Əliyev öz yerini Heydər Əliyeva verdi. O həm Milli Şuranın üzvü, həm də parlamentin sədri oldu..

Həmin dövrdə həm daxili, həm də xarici irtica Azərbaycanın müstəqilliyini həzm edə bilmirdilər. Qarabağ ətrafında bir neçə rayonumuz ermənilər tərəfindən işğal olundu.

Heydər Əliyevin gəlişi Azərbaycanın taleyini həll etdi.

Heydər Əliyev hər zaman jurnalistlərə belə cavab verirdi. “Biz nazik sap üzərində gedirik. Ağıl və məharətlə siyasətimizi aparmalıyıq ki, milli mənafelərimiz təmin olunsun”. Ulu öndər daha sonra bildirirdi ki, ”Müstəqil dövlət qururuq. Bu dövləti qurmaq üçün bir neçə şərt ödənilməlidir. Hamı müstəqilliyin aliliyini qəbul etməli və əhalimiz müstəqilliyimizi qorumalıdır. Hər kəs ümumdövlət mənafeyini şəxsidən üstün tutmalıdır”.  

“91-lər”in nümayəndəsi həmin dövrdə bütün sahələrdə böhran olduğunu bildirib:

“Hər sahədə böhran gedirdi. Heydər Əliyevin gəlişi Azərbaycan xalqının tarixində oynadığı rol millətin qurtuluşu kimi qəbul olundu. Qərb Heydər Əliyevi yaxşı tanımırdı. Qərbin münasibəti Sovet İttifaqına qarşı çox neqativ idi.

Heydər Əliyev güclü addımlar atmışdı. Birinci addım o idi ki, 1990-ci ilin yanvar hadisəsindən sonra ailə üzvləri ilə birlikdə səfirlikdə daimi nümayəndəliyə getdi. Mixail Qorbaçovu tənqid etdi. Cəsarətli addım idi. Ölüm ilə hədələnirdi. Lakin Heydər Əliyev heç nədən çəkinmədi. Bir il sonra Kommunist Partiyasından imtina etdi. İmtina edəndə də dedi ki, “Mən bu dövlətə, bu millətə çox sədaqətlə qulluq etmişəm. Lakin sədaqətin əvəzində qiymət görmədim”. Dərhal partiyadan çıxdı. Ölüm hökmündən də qorxmadı. Qərb onu Kommunist Partiyasının büro üzvü kimi görürdü.

Azərbaycanda qurulacaq dövlət qərbyönümlü olacaqdı. 1993-1994-cü ildə Azərbaycan öz haqq-ədalət yolu ilə gedirdi. Bu gedişat xoş gələcəyə aparacaqdı. Minnətdarlıqla yad edirik. Heydər Əliyevin qarşısında iki missiya var idi. Birincini yerinə yetirdi. İkinci missiya Qarabağı azad etmək idi. Onu da Heydər Əliyevin davamçısı Ali Baş Komandan İlham Əliyev tamamladı”.

Nəzrin Vahid

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir