Göygöl və Gəncədə sel fəlakətinin görüntüləri – FOTO/VİDEO

Cəmiyyət


Ötən gündən başlayaraq ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə intensiv yağıntılar müşahidə olunub və güclü yağışlar bir sıra ərazilərdə fəsadlara səbəb olub.

İntensiv yağıntılarla əlaqədar Göygöl rayonunun Xaqani kəndində və Gəncə şəhərinin Yeni Gəncə və Sadıllı qəsəbələrində bir sıra fərdi yaşayış evləri, həyətyanı sahələr və digər ərazilərin subasmaya məruz qalıb, həmçinin Gəncə şəhərində parkın ərazisində yaradılmış süni göldə suyun səviyyəsinin artması ilə ətraf ərazilərə təhlükə yaranıb.

 
 
 

 
 
 
 
 

 
 

 
 
 

 
 

A post shared by resmixeber.az RU (@ruoxuaz)

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, hadisə ilə əlaqədar Nazirliyin Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri ərazilərə cəlb olunub, müvafiq qurumlar məlumatlandırılıb.

Gecə saatlarında görülmüş operativ tədbirlərlə Göygöl rayonunun Xaqani kəndində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri həyata keçirilib, digər istiqamətlərdə isə suçəkmə və digər müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi davam etdirilir.

Həmçinin, Yeni Gəncə qəsəbəsində subasma ilə əlaqədar köməksiz vəziyyətdə qalmış vətəndaş Nazirliyin əməkdaşları tərəfindən təxliyə olunub.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir