Gəncədə ev yandı: Təzyiqi qalxan ev sahibinə tibbi yardım göstərildi

Cəmiyyət


Gəncədə yanğın baş verib. 

resmixeber.az-nın məlumatına görə, hadisə Poçt qəsəbəsində qeydə alınıb.

Qəsəbədə yerləşən evlərin birində anidən yanğın başlayıb. Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Hadisə zamanı ev sahibi 1969-cu il təvəllüdlü Famil Məhərrəm oğlu Cabbarovun təzyiqi qalxıb və təcili tibbi yardım xidməti əməkdaşları tərəfindən ona ilkin tibbi yardım göstərilib.

Baş verən yanğın söndürülüb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir