Bakıda 19 il əvvəl taksi sürücüsünü öldürən müştəriyə hökm oxundu

Kriminal


Bakı Ağır Cinayətlər Məhkəməsində 19 il əvvəl qətl törətməkdə təqsirləndirilən Bəxtiyar Dadaşovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 7 il 3 ay 20 gün müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2003-cü ilin dekabrında paytaxtın Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, B.Dadaşov tanışı İlham Məmmədov 2003-cü ilin dekabrın 19-da “Fəvvarələr meydanı” adlanan ərazidə gəzərkən pul qazanmaq məqsədilə taksi sürücüsünü oğurlamaq qərarına gəliblər. Bunun üçün QAZ-24 markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan Ramiz Əmirova yaxınlaşıb Əmircan qəsəbəsinə aparmağa dair razılaşıblar, ünvana çatdıqdan sonra gecə vaxtı olmasından istifadə edərək hər ikisi Ramiz Əmirova müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə pulunu ələ keçiriblər, bununla qane olmayıb sonuncunun arvadına zəng edib ərini oğurladıqlarını bildirərək, sərbəst buraxılması müqabilində pul tələb ediblər.

Lakin bir müddət sonra B.Dadaşov və İ.Məmmədov ifşa olunmaqlarından ehtiyatlandıqları üçün R. Əmirovu boğaraq qəsdən öldürüblər.

Keçirilən zəruri istintaq hərəkətləri nəticəsində 2021-ci ilin dekabrın 15-də B.Dadaşova Cinayət Məcəlləsinin 120.2.1, 120.2.6, 120.2.9 və 120.2.11-ci maddələri ilə ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayətin digər iştirakçısı İ.Məmmədov vəfat etdiyinə görə, onun cinayət işi üzrə icraata xitam verilib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir