Valeh Ələsgərov Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti ilə tanış olub – FOTO

Cəmiyyət


İyunun 12-də İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) təşkilatçılığı ilə Ələt Azad İqtisadi Zonasının (AFEZ) səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərovun Sumqayıt Kimya Sənaye Parkına tanışlıq səfəri təşkil edilib.

Sənaye parklarının rezidentlərinin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev sənaye zonalarında investorlar üçün yaradılan imkanlar, İZİA ilə AFEZ arasında əməkdaşlıq perspektivləri barədə məlumat verib.

Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov AFEZ iqtisadi zonada rezidentlərin qeydiyyat prosedurları, investorlar üçün tətbiq edilən fiskal və qeyri-fiskal imtiyazlardan danışıb, sənaye zonalarının rezidentlərini AFEZ-in rezidentləri ilə əməkdaşlıq əlaqələri qurmağa dəvət edib.

Görüş çərçivəsində İqtisadi Zonaların İnkişafı Agentliyi ilə Ələt Azad İqtisadi Zonası arasında qarşılıqlı təcrübə mübadiləsinin aparılması, İZİA-nın idarəçiliyində olan sənaye zonalarının məlumat lövhəsinin Ələt Azad İqtisadi Zonasında yerləşdirilməsi və s. məsələlər müzakirə edilib.

Sonda AFEZ səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə, Sənaye Parkın rezidenti “STP” MMC-nin Elektrik avadanlıqları və Kabel zavodlarında gedən istehsal prosesi ilə tanış olub.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir