Gəncədə elektrik enerjisinin verilişi bərpa olundu – YENİLƏNİB

Cəmiyyət


Gəncə şəhərində elektrik enerjisinin verilməsində fasilə yaranmış ərazilərdə elektrik enerjisinin verilməsi bərpa olunub.

“resmixeber.az”un məlumatına görə, Gəncə şəhərinin 3-cü mikrorayonu və həmin ərazini elektriklə təmin edən xətt üzərində olan digər ərazilərdə elektrik enerjisinin verilməsi 1 saatdan çox fasilədən sonra bərpa edilib.

22:21

Gəncə şəhər 3-cü mikrorayon və bəzi ərazilərdə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

“resmixeber.az”un məlumatına görə, artıq 1 saata yaxındır ki, Gəncə şəhərinin 3-cü mikrorayon və oranı elektrik enerjisi ilə təmin edən xətt üzərində olan digər ərazilərdə elektrik enerjisinin verilməsi dayandırılıb.

Sakinlərin bildirdiyinə görə, elektrik enerjisinin verilməsində fasilələr tez-tez baş verir.

Qeyd edək ki, hazırda elektrik enerjisinin verilməsində fasilənin yaranmasına texniki problemin səbəb olduğu və həmin problemin aradan qaldırılması istiqamətində işlər aparıldığı bildirilir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir