İsmayıllıda avtomobil ağaca çırpıldı: İki polis yaralandı – YENİLƏNİB + FOTO

Cəmiyyət


Bu gün saat 15 radələrində İsmayıllı rayonunun Qalınçaq kəndi ərazisində “VAZ-2107” markalı avtomobilin sürücüsü Şaiq Seyidovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarındakı ağaca dəyib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan “resmixeber.az”a bildirilib ki, yol-nəqliyyat hadisəsi zamanı avtomobildə olan sərnişinlər, Şamaxı regional Mühafizə Şöbəsinin mülki əməkdaşları Yalçın Nurəhmədli və Asiman Seyidov xəsarət alıblar.

Xəstəxanada Y. Nurəhmədliyə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, Asiman Seyidovun isə müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, avtomobili idarə edən mülki şəxs olub.

23:17

İsmayıllı rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“resmixeber.az”un xəbər verir ki, rayonun Qalıncaq kəndi ərazisində hərəkətdə olan 09-BA-837 dövlət nömrə nişanlı VAZ-2107 markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb.

Hadisə zamanı avtomobildə olan şəxslər, İsmayıllı rayon Mühafizə İdarəsinin mülki mühafizə polisləri – Mücühəftəran kənd sakinləri, 1990-cı il təvəllüdlü Asiman Şaiq oğlu Seyidov və 1997-ci il təvəllüdlü Yalçın İlahi oğlu Nurəhmədli xəsarət alıblar.

Yaralılar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir