Azad edilmiş ərazilərin minalardan təmizlənməsi davam edir

HƏRBİ


Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

ANAMA-dan verilən məlumata görə, iyunun 5-dən 10-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 16, tank əleyhinə 26 mina və 57 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 146 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

www.102info.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir