Xaçmazda 10 yaşlı uşaq Samur-Abşeron kanalına düşüb – YENİLƏNİB + FOTO

Cəmiyyət


Samur-Abşeron kanalının Xaçmazın Armudpadar kəndi ərazisindən keçən hissəsində 1 nəfər batıb.

“resmixeber.az” xəbər verir ki, kənd sakini 2013-cü il təvəllüdlü, 4-cü sinif şagirdi Məhəmməd Elsəvər oğlu həmyaşıdları ilə kanalın ətrafında oynayarkən ehtiyatsızlıqdan kanala düşüb.

İlkin olaraq FHN-nin Xaçmaz Regional Mərkəzinin xilasetmə qrupu və polis əməkdaşlarının iştirakı ilə Məhəmməd Elsəvər oğlunun itkin düşdüyü ehtimal olunan ərazidə axtarış işlərinə başlanılıb.

13:07

Xaçmazda kanalda bir nəfər batıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Xanarx kanalının Xaçmaz rayonunun Armudpadar kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir