Kolumbiyada möcüzə: Qəzaya uğrayan təyyarədə 40 gün sonra sağ tapılan uşaqların görüntüləri – FOTO/VİDEO

DIN


Kolumbiyada mayın 1-də qəzaya uğramış təyyarədəki uşaqlar sağ tapılıblar.

Bu barədə Kolumbiya Respublikasının Prezidenti Qustavo Petro məlumat verib.

“Bu, bütün ölkə üçün sevincli bir xəbərdir. 40 gün əvvəl Kolumbiya cəngəlliyində yoxa çıxan 4 uşaq sağ vəziyyətdə tapılıblar”, – deyə o, bildirib.

Uşaqlar susuzluqdan və həşərat sancmalarından əziyyət çəkiblər.

13 yaşlı Lesli Yakobomber Mukutui, doqquz yaşlı Solaney Yakobomber Mukutui, dörd yaşlı Tien Noriel Ronoke Mukutui və 11 yaşlı Kristin Neriman Ranoke Mukutui uitoto yerli icmasının üzvləridir. Yaxınlarının dediyinə görə, böyük uşaqlar vəhşi təbiətdə yaşamaq qaydalarına yaxşı bələddirlər və axtarış-xilasetmə qrupları gələnə qədər onlara tab gətirməyə kömək edən də yəqin bu bacarıqları olub.

Bundan əvvəl, mayın 29-da kolumbiyalı xilasedicilər cəngəllikdə itkin düşən uşaqların ayaq izlərinə və dişləmə izləri olan meyvə parçalarına rast gəlmişdilər.

Qeyd edək ki, mayın 1-də baş verən qəza zamanı təyyarədə olan pilot da daxil olmaqla üç yetkin həlak olub. Onların cəsədləri mayın 16-da cəngəllikdə tapılıb.

Xatırladaq ki, hadisədən iki həftə sonra Prezident Qustavo Petro özünün “Twittter” hesabından uşaqların tapıldığını yazmışdı, lakin xəbər təsdiqini tapmadığı üçün paylaşımını sildi.

Mənbə: El Pais

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir