Bakının Firdovsi Məmmədov küçəsi təmir edilir – FOTO

Cəmiyyət


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nərimanov rayonu ərazisində Firdovsi Məmmədov küçəsini təmir edir.

Bu barədə agentlik məlumat yayıb.

Bildirilir ki, uzunluğu 400, ortalama eni 9 metr təşkil edən küçədə təmir işləri çərçivəsində hazırda yarasız səki və bordür daşlarının sökülməsi işləri aparılır.

Daha sonra köhnə asfalt-beton örtüyünün frezlənməsi, 700 kvadratmetr səki, 720 poqonometr bordür daşlarının yenilənməsi işləri icra olunacaq. Küçəboyu mövcud köhnə yağış-kanalizasiya sisteminin bərpası, yeni yağış barmaqlıqlarının quraşdırılması işləri də aparılacaq.

Sonda üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq, zəruri yerlərdə yol nişanları quraşdırılacaq və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunacaq.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir