Qoşqar Təhməzli: “Azərbaycanda sahibkarlar beynəlxalq standartlara uyğun məhsul istehsal edirlər” – FOTO

Cəmiyyət


“Azərbaycanda son dövrlərdə zoonoz xəstəliklər 2,3 faizə qədər azalıb”.

resmixeber.az-ın məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli yerli şirkətlərin “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” adlı tanıtım sərgisində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2018-ci ilə nisbətən sahibkarların istehsal etdiyi məhsullarda qeyri-kafi nəticələrin əldə olunması 2022-ci ildə 0,5 faizə qədər azalıb.

“2018-ci ildə qeyri-kafi nəticələr 11 faiz idi. Bu o deməkdir ki, Azərbaycanda qida sektorunda sahibkarlar beynəlxalq standartlara uyğun məhsul istehsal edirlər”.

Daha çox foto burada: PhotoStock.az

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir