AQTA sədri: “Qida zəhərlənmələri ilə bağlı bəzi media orqanlarında qeyri-peşəkar məlumatlar yayılır”

Cəmiyyət


“Qida zəhərlənmələri ilə bağlı bəzi media orqanlarında qeyri-peşəkar məlumatlar yayılır”.

resmixeber.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib.

O qeyd edib ki, əksər hallarda zəhərlənmənin qida faktoru ilə əlaqəli olmadığı müəyyən edilir:

“Belə fakt olanda onun ilkin məlumat kimi qida zəhərlənməsi kimi təqdim edilməsi düzgün deyil. Bu yaxınlarda Bakı məktəblərinin birində də şagirdlərin qidadan zəhərlənməsi bildirilmişdi. Amma ekspertizanın nəticəsindən sonra bunun səhv məlumat olduğu aşkarlandı ki, yeniyetmələr idmanla məşğul olduqdan sonra həyətdəki sudan istifadə ediblər. Həmin su texniki olub və həzm sistemində pozuntuya səbəb olub”.

Sədr qeyd edib ki, belə halları aydınlaşdırdıqdan sonra ictimaiyyətə məlumat vermək lazımdır.

Qeyd edək ki, Bakıda 149 saylı məktəbin şagirdləri arasında zəhərlənmə faktı qeydə alınıb.

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir