Bakıda 19 mərtəbəli binada yanğın olub

Cəmiyyət


Bakıda yaşayış binasında yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, şəhərin Sabunçu rayonunda 19 mərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində vətəndaşa məxsus mənzildə baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində mənzilin mətbəxində 6 kvadratmetr sahədə stol, aspirator və soyuducu qismən yanıb. Yüksək temperaturdan mətbəx mebeli qarsalanıb.

Yanğınsöndürənlərin səyi sayəsində mənzilin böyük hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir