“2” qiyməti alan şagirdə fərqlənmə attestatı veriləcək? – Nazirlik rəsmisi açıqladı

Cəmiyyət


“Buraxılış imtahanında “4” qiyməti alan şagird fərqlənmə attestatı ala bilməz”.

resmixeber.az-ın məlumatına görə, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.

Onun sözlərinə görə, elə məktəblər olur ki, qiymətləndirməni düz etmir:

“Bu, təxminən, bir faiz təşkil edir. Misal olaraq, buraxılış imtahanında “2” qiyməti alan şagird məktəbdaxili yekun qiymətləndirmədə “5” qiyməti alıb. Bu hal çox azdır. Bu barədə aidiyyəti üzrə tapşırıqlar da verilir. “2” qiyməti alan şagirdin fərqlənmə attestatı alması mümkün deyil”.

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir