Qurum rəsmisi: “Ağstafaçay su anbarında suyun səviyyəsi ölü səviyyəsindədir”

Cəmiyyət


“Ağstafada su anbarına ötən ilə nisbətən az su yığılıb”.

Bu barədə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Suvarma şöbəsinin müdir müavini Qulu Kərimov resmixeber.az-ın susuzluq baxımından ən çox zərər görən rayonlarla bağlı sualını cavablandırarkən deyib.

O bildirib ki, yağıntıların az olması və ya heç olmaması səbəbindən həmin su anbarında suyun ümumi həcminin 1/3 hissəsi yığılıb:

“Bu da Ağstafa, Qazax və Tovuz rayonlarına suyun verilməsində fəsadlar yarada bilərdi. Ancaq anbara yığılan su ilə əsasən taxıl sahələri suvarma suyu ilə təmin edilib. Çox az bir hissə qalıb ki, burada hazırda anbardan su verilməsi mümkün deyil. Ağstafaçay su anbarında suyun səviyyəsi hətta ölü səviyyəsindədir. Həmin ərazilərə yalnız içməli suyun verilməsi mümkündür”.

Müdir müavini Ağstafaçay su anbarında suyun səviyyəsinin bərpasının isə qarşıdakı mövsümə qədər yağıntıların miqdarından asılı olduğumu deyib:

“Hava durumu və yağış miqdarından asılı olaraq gələn yay mövsümünə qədər anbara su yığılarsa, digər əkin sahələrinə su verilə bilər. Hacıqabul rayonu ərazisindəki Pirsaatçay su anbarında suyun səviyyəsinin az olması nəticəsində rayonun Nəvai, Pirsaat və Atbulaq kəndlərində əkin sahələrinə suvarma suyunun verilməsində çətinliklər olub. O da alternativ olaraq Kür çayından, Şirvan İstilik Elektrik Stansiyasından çıxan su Sol sahil kanalı vasitəsilə Salyan ərazisindən keçməklə Hacıqabul çatdırılır. Hacıqabulun müəyyən hissəsi suvarma suyu ilə təmin edilsə də, bəzi taxıl sahələrinin suvarılması əsasən yağış sularının hesabına aparılıb”.

Könül Cəfərli

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir