Rayonlara leysan yağıb, dolu düşüb – FAKTİKİ HAVA + YENİLƏNİB

Cəmiyyət


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyunun 2-si saat 15:00-a olan məlumatına əsasən, Daşkəsən, Gədəbəy, Gəncə, Lerikdə yağış yağıb, Gədəbəy rayonunun Slavyanka, Maarif, Daşbulaq, Nərimankənd və Söyüdlü kəndlərinə saat 14:30-dan 14:40-dək dolu düşüb.

Xidmətdən verilən xəbərə görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 26, Aran rayonlarında isə 23-27 dərəcə isti qeydə alınıb.

Respublikanın bəzi çaylarında sululuq azalıb, Qarasuçay-Zərdab çayında isə 21 sm artım müşahidə olunub.

13:38

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyunun 2-si saat 13:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti sabit, əsasən, yağmursuz keçib.

Xidmətdən verilən xəbərə görə, cənub-şərq küləyi əsir.

Havanın temperaturu aran rayonlarında 23-27, dağlıq rayonlarda 17-19 dərəcə isti olub.

Respublikanın bəzi çaylarında sululuq artıb. Bərgüşadçayda 28 sm, Kür çayının Qıraqkəsəmən məntəqəsində 10 sm, Kür – Zərdabda 8 sm, Kür – Surrada 3 sm, Gəncəçay – Alaxançallıda 3 sm, Qabırrı – Kəsəmən, Əyriçay – Ağyazı, Katexçay – Qəbizdərə və Bəsitçay – Rəzdərədə 1 sm artım olub.

09:40

İyunun 2-si saat 09:00-a olan məlumata əsasən iyunun 1-də gün ərzində yağan yağış gecəyə doğru tədricən kəsilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova resmixeber.az-a bildirib ki, hazırda ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuzdur:

“Cənub-şərq küləyi əsir. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 20-23, Aran rayonlarında 24-26 dərəcə isti qeydə alınıb.

İyunun 2-də günün birinci yarısında ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçsə də, lakin günün ikinci yarısından başlayaraq bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Əsasən Qazax-Gəncə, Balakən-Şəki, Quba-Xaçmaz, Lənkəran-Astara zonasında yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı istisna olunmur”.

G.Məmmədovanın sözlərinə görə, ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti iyunun 3-ü gündüzədək davam edəcək.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir