“Gənc İntellektuallar Kampı” layihəsi baş tutdu – FOTO

Cəmiyyət


Azərbaycan Respublikasının Gənclər Fondunun “İdeyanı Reallaşdır – 2022” Fərdi Qrant müsabiqəsinin qalibi olan “Gənc İntellektuallar Kampı” adlı layihə baş tutub.

Belə ki, Gənclər Fondunun maliyyə dəstəyi ilə 25-26 may 2023-cü il tarixlərində Şamaxı Peşə Liseyində həyata keçirilən “Gənclər İntellektuallar Kampı” layihəsi uğurla yekunlaşıb. Layihənin əsas məqsədi region gənclərinin intellektual inkişafına təkan vermək, onların intellektual oyunlara marağının artırılması və komanda ruhunun yüksəldilməsidir.

Layihə çərçivəsində 40 nəfər region gəncinin iştirakı ilə layihənin birinci günün “Xəmsə” intellektual yarışı keçirilib. Layihənin növbəti günü 40 nəfər gənc hər birində 5 nəfər olmaqla komandaya bölünərək “Breyn Rinq” intellektual oyununda iştirak edib. Hər iki yarışda yüksək nəticə göstərən komanda üzvləri müxtəlif qiymətli hədiyyələrlə və kubokla təltif olunublar. Layihədə iştirak edən hər bir gəncə sertifikat təqdim olunub.

Layihənin davamlılığının qorunması məqsədilə eyni formatda layihələrin digər regionlarda da təşkil olunması istiqamətində işlər aparılacaq.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir