Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Ali Məhkəmədə şagirdlərlə görüş keçirilib – FOTO

Cəmiyyət


2023-cü il iyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Respublikasının Ali Məhkəməsi öz qapılarını şagirdlər üçün açıb.

Bakı şəhərində yerləşən 27 nömrəli tam orta məktəbin şagirdləri Ali Məhkəmənin inzibati binası ilə tanış olub, məhkəmə iclas zallarını, Plenum zalını, məhkəmənin kitabxanasını və Məhkəmə tarixi muzeyini ziyarət ediblər.

Tanışlıq çərçivəsində Ali Məhkəmənin hakimi Elşad Şamayev uşaqlara məhkəmələrin dövlət quruluşunda yeri və rolu, uşaq hüquqlarının qorunması sahəsində qanunvericilik və təcrübə barədə məlumatlar verib. Məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Sonda şagirdlər xoş təəssüratlarını bölüşüb və xatirə fotosu çəkdiriblər. 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir