Azərbaycanın ən yaşlı seçicisinin 123 yaşı var – VİDEO

Cəmiyyət


“Azərbaycanın ən yaşlı seçicisinin 123 yaşı var”.

“resmixeber.az”un xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib ki, ölkədə ən yaşlı seçicisi Ağdaş rayon sakini, 1900-cü il təvəllüdlü Nəbiyeva Bari Şamı qızıdır.

MSK sədri bildirib ki, ən yaşlı kişi seçici isə 108 yaşındadır: “Həmin şəxs isə 1915-ci il təvəllüdlü İbrahimov Hilal İsa oğludur”.

Qeyd edək ki, seçki qanunvericiliyinin tələblərinə əsasən bu ilin yanvarın əvvəllərindən etibarən ölkə üzrə vahid seçicilər siyahısının dəqiqləşdirilməsinə start verilib, ardıcıl, sistemli və intensiv şəkildə aparılan genişmiqyaslı və əhatəli prosesdən sonra cari il üçün seçici siyahılarının hazırlanması başa çatıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir