Bakıdakı Narkoloji Mərkəzdə qanunsuzluqlarla bağlı araşdırmalar aparılır – YENİLƏNİB + VİDEO

Cəmiyyət


“Səhiyyə Nazirliyinin müvafiq şöbəsi tərəfindən də səlahiyyətləri daxilində xidməti araşdırma həyata keçirilir”.

Səhiyyə Nazirliyindən resmixeber.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı Narkoloji Mərkəzində müvafiq arayışın alınması müqabilində vətəndaşın həkimə 10 manat təklif etməsi və həkimin də həmin məbləği götürməsi faktı ilə bağlı artıq hüquq-mühafizə orqanlarına müraciət olunub və hüquqi müstəvidə araşdırma aparılır. 

Bununla yanaşı Səhiyyə Nazirliyinin müvafiq şöbəsi tərəfindən də səlahiyyətləri daxilində xidməti araşdırma həyata keçirilir. Qeyd edək ki, qanunvericiliyə uyğun olaraq bu hadisəyə hüquqi qiymət veriləcək və təqsirkarlar cəzalandırılacaqlar”.

16:47

Bakı Şəhər Narkoloji Mərkəzdə baş verən qanunsuzluqlarla bağlı araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat Xidmətindən resmixeber.az-a bildirilib ki, Bakı Şəhər Narkoloji Mərkəzində baş verən qanunsuzluqlara dair sosial şəbəkə və mediada yayılan videogörüntü üzrə hazırda araşdırma aparılır.

Araşdırma zamanı bütün xüsusatlar tam, hərtərəfli və obyektiv yoxlanılmaqla hadisəyə hüquqi qiymətin verilməsi və müvafiq qərarın qəbul olunması təmin ediləcək.

12:16

Bakı Şəhəri Narkoloji Mərkəzdə heç bir testdən keçmədən rüşvətlə arayış alındığı barədə məlumatlar yayılıb.

Baku TV gizli çəkiliş vasitəsilə məsələni araşdırmağa çalışıb.

Məlum olub ki, mərkəzə 10 manat ödəniş etməklə təxminən 5 dəqiqə ərzində arayış əldə etmək mümkündür.

Mərkəzin direktoru Qalib Məmmədov isə açıqlamasında bildirib ki, arayış almaq üçün hər hansı məbləğin ödənilməsindən söhbət gedə bilməz.

Daha sonra Q.Məmmədov 10 manat alıb arayış yazan əməkdaşı otağa dəvət edib. Lakin o, arayış üçün pul istədiyini inkar edib.

Ətraflı Baku TV-nin süjetində:

Nəzrin Vahid

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir