Britaniyalı deputat: “Minalar iqtisadiyyatın və bir çox digər sahələrin inkişafını ləngidir”

HƏRBİ


“Partlamamış hərbi sursatlar və minalar iqtisadiyyatın və bir çox digər sahələrin inkişafını ləngidir”

“resmixeber.az” xəbər verir ki, bunu Böyük Britaniya parlamentinin üzvü Metyu Offord mayın 26-da Bakıda “Mina təhlükəsi ilə mübarizə – dayanıqlı inkişafa gedən yol” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, minatəmizləmə fəaliyyəti Azərbaycan hökuməti üçün prioritet məsələlərdən biridir.

Deputat bildirib ki, Azərbaycan minatəmizləmə fəaliyyətini Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün vacib bəndlərdən biri kimi müəyyənləşdirib:

“Mina əleyhinə fəaliyyət mütləq milli planlarda nəzərə alınmalıdır. Bu baxımdan bütün dünya Azərbaycanı nümunə kimi qəbul edir”.

www.102info.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir