Şəkidə zəhərlənmə olan məktəbdə dərs keçirilmir

Cəmiyyət


“24 şagird və üç müəlliminin zəhərləndiyi Şəki rayonunun Qudula kənd orta məktəbində bu gün dərslər olmayacaq”.

Bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən resmixeber.az-ın sorğusuna cavab olaraq bildirilib. 

Qeyd edilib ki, mayın 23-də günorta saatlarında Şəki rayonunun Qudula kənd tam orta məktəbinin şagird və işçi heyəti arasında allergiya halları qeydə alınıb və onlar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər:

“Gecə saatlarında daha bir neçə şagirddə yaranmış narahatçılığa görə onlar da xəstəxanaya gətiriliblər. Hazırda həmin şagirdlərin vəziyyətlərinin normal olduğu və günün sonuna kimi həkim nəzarətində saxlanıldıqdan sonra evə buraxılacağı bildirilir. Təhsil müəssisəsində yaranmış problemi aradan qaldırmaq üçün bu gün, yəni mayın 24-də məktəbdə əyani dərslər keçirilməyəcək”.

Qeyd edək ki, ötən gün 27 nəfər (20 nəfər cinsi qadın, 7 nəfər cinsi kişi olmaqla) TƏBİB-in tabeliyindəki Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin araşdırmalara görə, allergiyaya məktəbdə mayın 19-da aparılmış dezinfeksiya işi səbəb olub. Ehtimal edilir ki, mayın 23-də havanın temperaturunun yüksək olması səbəbindən məktəbin inzibati binasının zirzəmi qatına səpilmiş dezinfeksiya maddələri buxarlanaraq məlum hadisənin baş verməsinə gətirib çıxarıb.

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir