Azərbaycanda beş nəfərin ölümü ilə nəticələnən qəzada yaralanan şəxs başqa xəstəxanaya köçürüldü – VİDEO

Cəmiyyət


Bakı-Şamaxı yolunun Qobustan rayonundan keçən hissəsində baş verən dəhşətli yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxs Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna köçürülüb.

resmixeber.az-ın məlumatına görə, qəzada xəsarət alan 1972-ci il təvəllüdlü Şölə Xası qızı Nuriyeva institutun reanimasiya şöbəsinə yerləşdirilib.

İnstitutdan saytımıza bildirilib ki, qadının vəziyyəti orta-ağır qiymətləndirilir. 

Qeyd edək ki, ötən gün Bakı-Şamaxı yolunun Qobustan rayonundan keçən hissəsində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Qəza zamanı iki qadın, iki kişi və bir uşaq ölüb. 

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir