Gəncəyə güclü yağışdan sonra sel gəldi, Daşkəsənə dolu düşdü – FOTO/VİDEO

Cəmiyyət


Gəncəyə güclü yağışdan sonra sel gəlib.

resmixeber.az-nın məlumatına görə, bu gün axşam saatlarında güclü küləkdən sonra şəhərdə intensiv yağış yağıb.

Nəticədə sel gəlib, avtomobillərin hərəkətində çətinliklər yaranıb.

Daşkəsən rayonu ərazisinə isə saat 18:00-dan başlayaraq güclü dolu, qasırğa ilə müşayiət olunan leysan yağıb.

Dolu və leysan yağışları rayon mərkəzində elektrik xətlərinə və dirəklərinə, dam örtüklərinə, küçələrarası istinad divarlarına, kəndlərdə körpülərə, meyvə ağaclarına, kənd təsərrüfatı sahələrinə zərər vurub, sel-suları palçıq kütlələrini və qaya daşlarını avtomobil yollarına tökərək nəqliyyatın hərəkətinə çətinliklər yaranıb.

Daşkəsən Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyası yerli idarə, müəssisə və xidmət sahələri ilə birgə daxili imkanlar hesabına bərpa işlərini davam etdirir.

Hazırda yağıntılı hava şəraiti davam edir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir