Mərkəzi Elmi Kitabxanada gənclər üçün “Viki-mən” layihəsinə start verilib – FOTO

Cəmiyyət


“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən AMEA Rəyasət Heyəti aparatının Elektron akademiya şöbəsinin dəstəyi ilə Mərkəzi Elmi Kitabxanada (MEK) “Viki-mən” layihəsinə start verilib.

Layihənin açılış mərasimində təşkilat nümayəndələri, ekspertlər, təlimçilər və layihəyə seçilmiş gənclər iştirak ediblər.

“Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürov, AMEA Rəyasət Heyəti aparatının Elektron akademiya” şöbəsinin əməkdaşları Elnur Eltürk, Ofeliya Zöhrablı, MEK-in “Vikipediya” təlimçisi Səbinə Abızadə layihənin əhəmiyyətindən danışaraq, müasir dünyamızda “Vikipediya” virtual platformasının informasiya müharibəsində rolunu, önəmini diqqətə çatdırıb, gənclərin suallarını cavablandırıblar.

Bildirilib ki, gənclər arasında böyük maraqla qarşılanan layihənin əsas məqsədi gənclərə “Vikipediya” haqqında ətraflı məlumat vermək, onlara virtual ensiklopediyanın iş prinsiplərini, məqalələrin yaradılması və məlumatların yerləşdirilməsi qaydalarını praktiki şəkildə öyrətmək, eləcə də “Vikipediya”da etibarlılıq səviyyəsi yüksək olan məqalə və məlumatların sayını artırmaqdır.

Qeyd edək ki, 150-dən çox gəncin müraciət etdiyi layihədə müsahibə mərhələsini uğurla keçmiş 25 nəfər gənc iştirak hüququ qazanıb. Bir ay davam edəcək layihədə gənclər qrup şəklində 8 sessiyadan ibarət praktiki “Vikipediya” təlimlərində iştirak edəcəklər.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir