Balaca Hüseynin anası: “Atası xəstəliyini öyrənən gün bizi tərk etdi, əməliyyata imkanımız çatmır” – FOTO

Cəmiyyət


4 yaşlı Hüseyn anadangəlmə böyrək çatışmazlığından əziyyət çəkir.

Bu barədə resmixeber.az-a onun anası Aydan Şirinova məlumat verib.

O bildirib ki, övladına böyrək köçürülməlidir:

“Hüseyn anadangəlmə böyrək çatışmazlığından əziyyət çəkir. Həmin gündən bu günə müalicələrini davam etdiririk, amma vəziyyəti get-gedə ağırlaşır. Həkimlər ona böyrək köçürülməli olduğunu deyiblər. Əməliyyat Türkiyədə yerləşən özəl klinikaların birində həyata keçiriləcək”.

Aydan Şirinova övladının əməliyyatı üçün 7 000 manatlarının çatışmadığını deyib.

“Hüseynin əməliyyatı üçün ümumilikdə 45 000 manata ehtiyac var idi. Atam Göyçaydakı bağımızı 35 000 manata sata bilib, yardımsevər şəxslərin dəstəyi ilə 3 000 manat da toplamışıq. Amma 7 000 manatımız yenə də çatışmır. Hüseynin atası onun xəstəliyini bildiyi ilk günü ona xəstə övladın lazım olmadığını deyib, bizi tərk edib. Dörd ildə bir dəfə belə onunla maraqlanmayıb. Mən şirniyyat mağazalarının birində günü 15 manata işləyirəm, anam aylıq 400 manata dayə kimi işləyir, atam isə xərçəng xəstəsidir. Övladımın əməliyyatı üçün lazım olan 7 000 manatı toplamağa imkanımız yoxdur. Yardımsevər şəxslərdən övladıma kömək olmalarını xahiş edirəm. Hüseyn bu həyatda mənim tək varlığım, yeganə övladımdır”.

Ailə ilə əlaqə: 055 540 60 24

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir