Nazir: “Üç-yeddi nəfərdən ibarət balaca məktəblərdə tədrisin təşkili problemlidir”

Cəmiyyət


“Bütün ucqar kənd məktəblərinin nəticələrinin yaxşı olmaması fikri ilə razı deyiləm”.

resmixeber.az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, elə ucqar kənd məktəblərimiz var ki, şagirdlər yaxşı nəticə göstərirlər:

“Üç-yeddi nəfərdən ibarət balaca məktəblərdə tədrisin təşkili problemlidir. Amma biz çalışırıq ki, həmin məktəblərdə kontingentin olmasından asılı olmayaraq, tədrisi təşkil edək. Nazirlik hər bir vətəndaşa eyni keyfiyyətdə təhsil verməyə çalışır və bacardıqca resursla təmin edir. Bu yerlərdəki uşaqlar əvvəl Bakıdakı internat tipli təhsil müəssisələrində oxuyurdular və indi də onların yaxşı məktəblərdə oxumaq imkanı var”.

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir