Rauf Vəliyev: “Növbəti gəmilərə Qərbi Azərbaycan adları verilə bilər”

Cəmiyyət


“Növbəti gəmilərə Qərbi Azərbaycan adlarının verilməsi ilə bağlı müzakirələr aparılır”.

resmixeber.az xəbər verir ki, bu sözləri “Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev “Bakı Gəmiqayırma Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hazırlanan “Zəngilan” tankerinin suya salınması ilə bağlı mərasimdə deyib.

Onun sözlərinə görə, “Göyçə” adı artıq təsdiqlənib:

“Bir neçə ad müəyyənləşəcək və təsdiqlənəcək. Zavodda “Zəngilan” gəmisi ilə bərabər, Ro-Pax tipli “Azərbaycan” və “Zərifə Əliyeva” gəmilərinin inşası davam etdirilir”.

Qeyd edək ki, bu gün Azərbaycanda “Zəngilan” tankeri inşasının davam etdirilməsi məqsədilə suya salınıb. Tanker Bakı Gəmiqayırma Zavodunda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sifarişi ilə inşa olunmaqdadır. Tankerin uzunluğu 141, eni 16,9, hündürlüyü isə 6 metrdir. Tankerin dənizdə dedveyti 8 009 tondur, ən müasir avadanlıqla, o cümlədən hər biri 1 200 kilovat gücünə malik iki əsas mühərriklə, yük nasosları, sistem ventilyasiyası, naviqasiya cihazları və separatorla təchiz olunub. Gəminin sürəti saatda 10 uzelə çata bilir. Ümumi tutumu 9 212 kubmetr olan altı yük çəninə malikdir.

Nəzrin Vahid

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir