“Azərişıq”da kadr dəyişiklikləri: Qurum sədri əmr imzaladı

Cəmiyyət


“Azərişıq” ASC-nin Regional Enerji Təchizatı və Satış idarələrində kadr dəyişiklikləri olub. 

resmixeber.az xəbər verir ki, bu barədə qurumun sədri Vüqar Əhmədov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, “Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin (RETSİ) sədri Elnur Həsənov vəzifəsindən azad edilərək, “Şirvan” Regional Enerji Təchizatı və Satış İdarəsinə rəis təyin edilib.

Digər əmrə əsasən isə, “Şirvan” Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Zülfü Ağayev isə tutduğu vəzifədən azad edilərək, “Aran” RETSİ-yə təyinat alıb.

Könül Cəfərli

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir