Zaqatalada ildırım vuran məktəbdə hazırda vəziyyət necədir? – FOTO/VİDEO

Cəmiyyət


Zaqatalanın Əliabad qəsəbə 4 nömrəli məktəbin damını ildırım vurması səbəbindən güclü yanğın baş verib. Havanın yağmurlu olmasına baxmayaraq, yanğın qısa müddətdə şiddətlənib və bütün damı bürüyüb. Qəsəbə sakinləri və yanğınsöndürənlərin səyinə baxmayaraq üçmərtəbəli məktəbin damı yanaraq yararsız vəziyyətə düşüb. 

Məktəbin direktoru Şahid Madayev Bizim.media-nın yerli bürosuna bildirib ki, üçmərtəbəli 360 şagird yerlik məktəb 2007-ci ildə istifadəyə verib.

Hazırda məktəbdə 190 şagird təhsil alır. Direktorun sözlərinə görə yanğın söndürülərkən, demək olar ki, bütün mərtəbələr suya qərq olub. Bu səbəbdən burada tədris mümkün olmayacaq.

“Yuxarı hissəsi, məktəbin damı tamamilə yanıb. Aşağı hissələrə, siniflərə yanğın keçməyib. Sadəcə yanğınsöndürmə işləri aparılarkən su damıb. Yaxın ərazidə bizim Əliabad 3 nömrəli tam orta məktəb var. Həmin məktəbdə biz günortadan sonra tədrisimizi davam etdirəcəyik”, – deyən Şahid Madayev sözlərinə onu da əlavə edib ki, artıq dünəndən bir sıra hazırlıqlar görülüb, 3 nömrəli məktəbdə tədrisin planı hazırlanıb.  

Məktəbin təmir-tikinti işlərinə gəlincə isə, bildirilib ki, əgər Elm və Təhsil Nazirliyinin müvafiq qurumları tez bir zamanda təmir-bərpa işlərinə başlarsa, 12-15 gün ərzində şagirdlərin məktəbə dönməsi mümkün olacaq. Bunun üçün bütün imkanlar səfərbər olunmalıdır. 

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir