İş başında yaxalanan sabiq məmur apellyasiya şikayəti verdi

Cəmiyyət


Şəmkir rayonunun Kür qəsəbəsi Mənzil Təmir İstismar Sahəsinin sabiq rəisi Vazeh Vəliyev barəsindəki hökmdən apellyasiya şikayəti verib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Gəncə Apellyasiya Məhkəməsinin hakimi Salman Hüseynovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası mayın 11-nə təyin edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vazeh Vəliyev 4 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2021-ci ildə Şəmkir rayon sakini Aliyə Kazımovanın rayonun Kür qəsəbəsi Mənzil Təmir İstismar Sahəsinin sabiq rəisi Vazeh Vəliyevin qanunsuz hərəkətləri barədə rayon prokurorluğuna daxil olmuş müraciəti əsasında Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.

İstintaqla müəyyən edilib ki, Vazeh Vəliyev MTİS-in rəisi vəzifəsində işləyərkən həmin idarədə kargüzar işləyən Aliyə Kazımovanın idarədaxili intizam qaydalarını pozmadığı halda söhbət etməsini bəhanə edib xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan qanunsuz hərəkətlər etməklə vəzifə səlahiyyətlərini aşıb ona ağırlıq dərəcəsi təyin edilməyən fiziki ağrı yetirməklə və zor tətbiq edib öldürəcəyi ilə hədələməklə, həmçinin idarənin normal iş fəaliyyətini pozmaqla sonuncunun hüquqlarına və qanuni mənafeyinə mühüm zərər vurub.

Vazeh Vəliyev Cinayət Məcəlləsinin 309.2-ci (zor tətbiq etməklə vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir