Qazinin çənəsini sındıran idmançı həbs edildi – VİDEO

Cəmiyyət


Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, keçmiş XTQ mənsubu, “Vətən müharibəsi iştirakçısı”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şücaətə görə” medalları ilə təltif edilmiş qazi Namiq Babayevi vuraraq çənəsini sındıran Rəvan Nəbizadə barəsində 1 ay müddətinə qətimkan tədbiri seçilib.

resmixeber.az-ın məlumatına görə, R.Nəbizadə barəsində Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma) və 221 (Xuliqanlıq) maddələri ilə cinayət işi açılıb.

Toplanan sənədlər Binəqədi Rayon Məhkəməsinə təqdim edilib.

Məhkəmənin qərarı ilə R.Nəbizadə 1 ay müddətinə azadlıqdan məhrum edilib.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir