Nazirlər Kabinetinin binasının fasadında Ulu öndər Heydər Əliyevin barelyefi quraşdırılıb – FOTO

Cəmiyyət


Bakıda Baş nazir Əli Əsədovun başçılığı və hökumət üzvlərinin iştirakı ilə Nazirlər Kabinetinin binasının fasadında Müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin barelyefi quraşdırılıb.

Haqqın.Az-ın məlumatına görə, açılış mərasimində çıxış edən Əli Əsədov müasir Azərbaycan dövlətinin formalaşmasında və inkişafında Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb.

“Bu bina çoxlu rəhbərlərin fəaliyyətinə şahidlik edib, lakin bu divarların arasında heç vaxt Heydər Əliyev miqyasında şəxsiyyət işləməyib”, – deyə Əli Əsədov vurğulayıb.

Qeyd edək ki, bu gün həmçinin Bakıda “Gülüstan” sarayında Azərbaycan Respublikası Nazirlər Kabinetinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi” mövzusunda konfrans keçirilib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir