Su kəmərində baş verən qəzaya görə Biləsuvar şəhəri 3 gündür susuz qalıb

Cəmiyyət


Kür-Bakı magistral su kəmərində baş verən qəzaya görə Biləsuvar şəhəri 3 gündür ki, içməli susuz qalıb.

Bu barədə “resmixeber.az”un yerli bürosuna rayon sakinləri məlumat verib.

Onların sözlərinə görə, ötən gün günorta saatlarında şəhərə içməli suyun veriləcəyi deyilsə də, hələlik bu saata qədər problem davam edir.

Qeyd edək ki, mayın 2-də Kür-Bakı magistral su kəmərində qəza baş verib. Hadisə Hacıqabul rayonunun Meyniman kəndində qeydə alınıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir