Bakıda avtomobildən külli miqdarda pul oğurlayan dəstəyə hökm oxundu

Kriminal


Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda avtomobildən külli miqdarda oğurluq edən dəstənin işi üzrə məhkəmə prosesi başa çatıb.

“Trend”in məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Huseyn Hümbətov 5 il 6 ay, Fərid Ağayev isə 4 il azadlıqdan məhrum edilib.

İttihama görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə M.Xiyabani küçəsində “Mercedes” markalı bir avtomobildən 17.250 manatın oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Fərid Ağayev və Hüseyn Hümbətov müəyyən olunaraq saxlanılıblar.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir