Bakıda narkotik qəbul etdiyi deyilən yeniyetmənin kimliyi bilindi – YENİLƏNİB – AÇIQLAMA + FOTO/VİDEO

Cəmiyyət


Narkotik istifadə etdiyi iddia olunan yeniyetmənin kimliyi məlum olub.

Bununla bağlı resmixeber.az-ın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Komitənin mətbuat katibi Teymur Mərdanoğlu qeyd edib ki, sosial şəbəkələrdə görüntüləri yayılan yeniyetmənin adı Ruslandır:

“Ruslan komitə tərəfindən iki dəfə müalicə müəssisəsinə yerləşdirilib. Müalicə dövrü bitdikdən sonra ailəsinə təhvil verilib. Görünür, müəssisədən çıxandan sonra yenidən narkotik istifadəsinə davam edir. Hazırda polis Ruslanın yerinin müəyyən edilməsi istiqamətində iş aparır. Əvvəllər bəlli bir yerdə – Nizami metrosu ətrafında olurdu. İndi isə yerini dəyişdiyi görünür. Polis onu tapan kimi yenidən müalicə müəssisəsinə yerləşdirməyə cəhd edəcəyik”.

19:27

Bakıda metamfetamin qəbul etdiyi iddia olunan məktəblinin görüntüləri müzakirələr doğurub.

resmixeber.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə yeniyetmənin özünü qəribə aparması, qeyri-ixtiyari hərəkətləri əks olunur. Şəbəkə istifadəçiləri onun məktəbli olduğunu iddia edib, davranışını isə metamfetamin qəbul etməsi ilə əlaqələndiriblər.

Görüntülərlə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən resmixeber.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yeniyetmə ilə əlaqədar araşdırmalara başlanıb. Komitənin mətbuat katibi Teymur Mərdanoğlunun sözlərinə görə, bu məsələ ilə əlaqədar polislə birlikdə iş aparılır:

“Sosial şəbəkələrdə yayılan videogörüntü paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb. Artıq bununla bağlı araşdırmalar aparılır. Həmin yeniyetmənin kimliyi müəyyən edildikdən sonra, ehtiyac yaranarsa, sığınacağa da yerləşdirilə bilər. Bu barədə məlumat veriləcək”.

Sözügedən videogörüntünü təqdim edirik:

 Aysel Aslan

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir