Türkiyəli məşhur aktyor Rana Cabbar vəfat edib – FOTO

Mədəniyyət


“Aşk-ı Memnu”da canlandırdığı Süleyman Əfəndi obrazı ilə Türkiyədə məşhurlaşan Rana Cabbar 78 yaşında dünyasını dəyişib.

Bu barədə “Sökmen Menajerlik” Agentliyindən xəbər verilib.

“Dəyərli aktyorumuz Rana Cabbarı itirdiyimiz üçün çox kədərlənirik. Allah rəhmət eləsin, yaxınlarına və bütün sevənlərinə başsağlığı veririk”, – deyə məlumatda bildirilib.

Qeyd edək ki, Rana Cabbar bir müddət əvvəl ağır xəstələnib. Vəziyyəti ağırlaşdıqdan sonra isə o, Taksim İlk Yardım Təhsil və Araşdırma Xəstəxanasına yerləşdirilib.

Ustad aktyor “Şahmaran”, “Akrebin Yolculuğu”, “Beyaz Gelincik”, “Kabadayı”, “Kara Duvak”, “Pars: Narkoterör”, “Büyük Oyun”, “Yaprak Dökümü”, “Hayat Devam Ediyor”, “Hercai”, “Üç Kuruş”, “Kaçış” filmlərindəki rolları ilə yaddaşlarda silinməz izlər qoyub.

Mənbə: Haber Global

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir