Samux sakinləri narkotiklə tutuldular – FOTO

Kriminal


Samuxda sakinlərində narkotik aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının ayrı-ayrılıqda keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli  Elmir Yolçuyev, İlkin Allahverdiyev və Osman Mərdənov  saxlanılıb.

Şübhəli şəxslərin üzərilərinə baxış keçirilən zaman onlardan metamfetamin aşkarlanaraq götürülüb. Götürülən maddi sübutlar müvafiq ekspertizaya göndərilib, hər 3 şəxs barəsində Samux Rayon Polis Şöbəsində cinayəti işi başlanıb,araşdırmalar davam etdirilir

resmixeber.az-ın əldə etdiyi məlumata görə, Elmir Yolçuyev dindirilmə zamanı narkotik vasitəni iranlı narkotacirdən aldığını bildirib. O qeyd edib ki, dözülməz ağrılardan əziyyət çəkdiyi üçün çıxış yolunu həkimə getməkdə deyil, narkotik vasitəni qəbul etməkdə görüb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir