Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol qəzası qeydə alınıb.
resmixeber.az xəbər verir ki, 3 nömrəli tam orta məktəbinin qarşısında avtomobil yolu keçən qadını vurub.
Xəsarət alan 1979-cu il Naxçıvan şəhər sakini Məmmədova Lamiyə Məhərrəm qızı Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti sabitdir.
Faktla bağlı araşdırma aparılır.
www.RESMIXEBER.az