Azərbaycan Ordusunun qoşun bölmələri atəş mövqelərində: Döyüş tapşırıqlarının icrası məşq edildi – VİDEO

Siyasət

Bu ilin döyüş hazırlığı planına əsasən, Azərbaycan Ordusunun qoşun növləri və hərbi hissələrində yeni tədris dövrü ilə əlaqədar keçirilən praktiki məşğələlər uğurla icra olunur.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Plana uyğun olaraq “Həyəcan” siqnalı ilə qaldırılaraq cəmləşmə rayonlarına çıxarılan bölmələr təyin olunmuş yerlərdə atəş mövqelərini tutublar.

Raket və Artilleriya Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin bölmələri qarşılıqlı əlaqədə döyüş tapşırıqlarının icrası üzrə fəaliyyətləri praktiki yerinə yetiriblər.

Qoşunların döyüşə hazırolma qabiliyyətinin daha da inkişafı, eləcə də bölmələrin dayanıqlı, fasiləsiz və operativ idarəedilməsinin təmin olunması məqsədilə keçirilən məşğələlərdə hərbi qulluqçular yüksək peşəkarlıq nümayiş etdiriblər.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir