Mişustin: “Rusiya Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılmasının tərəfdarıdır”

Siyasət

Rusiya Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin bərpasının tərəfdarıdır.

Bunu Rusiyanın baş naziri Mixail Mişustin cümə axşamı Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlar zamanı bəyan edib.

“Biz ənənəvi olaraq Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açıqlamasının tərəfdarıyıq. Rusiya, Ermənistan və Azərbaycan liderlərinin əldə etdiyi razılaşmaların həyata keçirilməsini təmin etməyi vacib hesab edirik”, – deyə Rusiya Nazirlər Kabinetinin rəhbəri bildirib.

Baş nazir vurğulayıb ki, “yeni nəqliyyat və infrastruktur marşrutlarının yaradılması regionun bütün dövlətlərinin maraqlarına cavab verir”.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir