“Azərbaycanın Tehrandakı səfirliyinə insanların ölümü və yaralanması ilə nəticələnən silahlı hücum xəbərindən sarsıldıq”.
resmixeber.az-ın məlumatına görə, bu barədə Litvanın Azərbaycandakı səfirliyinin “Twitter” səhifəsində bəyan edilib.
Səfirlikdən həmçinin hücum zamanı şəhid olan Orxan Əsgərovun ailəsinə də başsağlığı verilib.
“Diplomatik nümayəndəliklərə hücumlar qəbuledilməzdir”, – deyə səfirliyin bəyanında vurğulanıb.
www.RESMIXEBER.az